"Bir həftədir yoluxmuşam, analiz verməyə getmirəm"
- Şeyx Əbdül
Xalq artisti Əbdül Mahmudovun (Şeyx Əbdül) səhhəti pisləşib. Globall.az xəbər verir ki, bu haqda aktyor baku.ws-ə açıqlamasında deyib. O, bir həftədir tənəffüs sistemində problemlər olduğunu və evdə xəstə yatdığını deyib: "Bu xəstəliyə bir həftədir yoluxmuşam. Analiz verməyə getmirəm. Amma məndə virusun simptomları olduğunu bilirəm. Çünki müəyyən əlamətləri var. Hərarətim 38.4, 38.5-dir. Bunlar həmin xəstəliyin əlamətləridir. Üstəlik soyuqdəyməm də var. Bayıra çıxa bilmirəm. Ancaq evdə müalicə alıram. Hazırda sistemlər asıblar. Əvvəlki günlərə baxanda iynələr, müalicələr sayəsində bir az düzəlmişəm".
Oxunub: 198
Xəbəri paylaş
Paylaş: