Rusiyanın Ukraynadakı İTKİLƏRİ AÇIQLANDI
Ukraynada müharibə başlayandan bu günədək Rusiyanın 41 500 hərbçisi məhv edilib. Globall.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiya qoşunlarının digər döyüş itkiləri 1789 tank, 4026 zirehli döyüş maşını, 946 artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 118 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 742 PUA, 182 qanadlı raket, 15 gəmi, 2 960 avtomobil texnikası və avtosistern, 83 xüsusi texnikadan ibarətdir. Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
Oxunub: 162
Xəbəri paylaş
Paylaş: