“İslam cihadı”n iki lideri öldürüldü
(YENİLƏNDİ)
Mənsurla birlikdə “İslam cihad”ın siyasi rəhbərliyinin üzvü Əhməd Mədləl də öldürülüb. Bundan əvvəl İsrailin Qəzza zolağına endirdiyi aviazərbə zamanı fələstinli qruplaşmanın daha bir komandirinin öldüyü məlum olub. xxx İsrail Müdafiə Qüvvələri “Sübh” əməliyyatının ikinci günündə "Fələstin İslami Cihad"ının (PİJ) bütün elitasının məhv edildiyini bildirib. Globall.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb. İsrail ordusunun məlumatına görə, Qəzza zolağının cənubundakı qrupun komandiri Xalid Mənsur şənbə günü məhv edilib. Buna cavab olaraq "Fələstin İslami Cihad" (PIJ) ölkə ərazisinə 350 raket atıb. Onlardan 162-si "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib. Daha yüz raket Qəzza zolağına, 30-dan çox raket Aralıq dənizinə düşüb. Təl-Əviv yaxınlığında iki raketin düşdüyü də bildirilir. Xəbər verildiyi kimi, hərbi əməliyyat cümə günü günortadan sonra, İsrail Müdafiə Qüvvələri islamçıların mülki vətəndaşlara və İsrail əsgərlərinə qarşı hücumlarına cavab olaraq Qəzza zolağındakı hədəflərə zərbələr endirdiyi vaxt başlayıb. Daha sonra “İslami Cihad” İsrailin cənub və mərkəzi hissəsindəki israilli icmaları amansızcasına raketlərlə atəşə tutmağa başlayıb.