Kosovoda casusluq edən rusiyalı jurnalist həbs edildi
"Komsomolskaya Pravda"nın müxbiri Darya Aslamovanın Kosovada həbs edildiyi bildirilir. Globall.az APA-ya istinadən bildirir ki, bu barədə tanınmamış Kosovanın daxili işlər naziri Celal Sveçliya mətbuat konfransında bildirib. Media nümayəndəsi şənbə günü, avqustun 6-da saxlanılıb. Məlumata görə, o, casusluqda şübhəli bilinir. Celal Sveçliya onun barəsində bunları deyib: "Bir neçə ölkə onun Rusiya hərbi kəşfiyyatı üçün casusluq etdiyini və jurnalist adı altında hərəkət etdiyini sübut edib". Daxili İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, jurnalist Ukraynada hərbi əməliyyatlarda iştirak edib. Redaksiyadan isə bildirilir ki, Aslamova qəzetin göstərişi ilə Serbiyada olub. O, həbs olunandan bəri əlaqə saxlamayıb.
Oxunub: 131
Xəbəri paylaş
Paylaş: