İranda güclü zəlzələ oldu
Bu gün yerli vaxtla 12:15 radələrində İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayətinin Roştxar rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.
Globall.az xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.
Məlumata görə, 8 km dərinlikdə baş verən yeraltı təkanlar əhalinin təşvişə düşməsi ilə nəticələnib.
Zəlzələ nəticəsində ehtimal olunan dağıntı və insan itkisi haqda məlumat verilməyib.
Oxunub: 181
Xəbəri paylaş
Paylaş: