Zəlimxan Yaqubun oğluna yüksək vəzifə verildi

Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə B.Yaqubov Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Bəhlul Yaqubov bu vəzifəyə təyin edilənədək Bakı şəhər Prokurorluğunda çalışıb. O, daha əvvəl Abşeron rayon prokurorunun köməkçisi və MSK-da məsləhətçi vəzifələrində işləyib.
Oxunub: 310
Xəbəri paylaş
Paylaş: