DTX əməliyyatçıları İmişli İH-in binasına daxil olublar, icra başçısı saxlanıldı
Müxtəlif media qurumlarının hələlik qeyri-rəsmi xəbərinə görə, bu gün DTX əməliyyatçıları İmişli rayon İcra Hakimiyyətinin binasına daxil olublar.
Xəbər verilir ki, əməliyyatçılar bundan əvvəl olduğu kimi, İH başçısının iş kabinetində axtarış aparıblar.
Qeyd edək ki, İmişli rayon İH-in başçısı Vilyam Hacıyevdir.
V.Hacıyev uzun müddətdir ki, İmişliyə rəhbərlik edir.
Onun haqqında ölkə mediasında müxtəlif vaxtlarda qalmaqallı yazılar dərc olunub.
Əməliyyat barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Oxunub: 336
Xəbəri paylaş
Paylaş: