Əvvəl iki uşağını, sonra özünü ÖLDÜRDÜ
Rusiyanın Belqorod şəhərində iki övladını öldürən qadın intihar edib. Globall.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Belqorod vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb. Bildirilib ki, 2 və 4 yaşlı uşağını öldürən qadın onların meyitlərini evin qarajındakı avtomobilə qoyub. Qadın daha sonra evin həyətində intihar edib. Hadisənin baş verə səbəbi məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxunub: 229
Xəbəri paylaş
Paylaş: