Krımda iki partlayış oldu, sakinlər ərazidən çıxarılır
- VİDEO (YENİLƏNDİ)
Rusiya Müdafiə Nazirliyi Krımın Canköy rayonundakı hərbi hissədə baş vermiş partlayışı təsdiqləyib. Bu barədə nazirlikdən məlumat verilib. Qeyd olunub ki, hadisə nəticəsində ciddi itki olmayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir: “Hadisənin səbəbləri araşdırılır”. xxx Yerli sakinlər Krımın Mayskoye kəndindən çıxarılır. Bu barədə Mayskoye kənd yaşayış məntəqəsinin administrasiyasından bildirilib. Məlumata görə, onlar öz maşınları və ya qoşunları ilə birlikdə kəndi tərk edirlər. Buna imkanı olmayanlar isə avtobuslarla təxliyə edilirlər. Qeyd edək ki, daha əvvəl Krımda iki böyük partlayışın baş verdiyinə dair məlumat yayılmışdı. (report) xxx Bu gün Krımın Canköy rayonunda ikinci partlayış baş verib. Ərazidəki transformator yarımstansiyasında da partlayış olub. Xatırladaq ki, daha əvvəl Rusiyaya məxsus silah-sursat anbarında partıayış, ardınca yandığı barədə məlumat yayılmışdı. xxx Krımın Canköy rayonunda Rusiyaya məxsus hərbi hissədə partlayış baş verib. Bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib. Onun sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb. Belə ki, Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarının yandığı qeyd olunub. Hazırda yanğın davam edir. Xatırladaq ki, bundan əvvəl Krımda hərbi aerodomda da partlayış olub. (report)