Ermənistanda matəm elan olunacaq
İrəvandakı “Sürməli” ticarət mərkəzində baş vermiş partlayışla əlaqədar Ermənistan hökuməti matəm günü elan edəcək.
Globall.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Matəm gününün vaxtı axtarış-xilasetmə işləri başa çatdıqdan sonra müəyyən ediləcək.
Xatırladaq ki, avqustun 16-da səhər saatlarında “Sürməli” ticarət mərkəzindəki parlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
Oxunub: 252
Xəbəri paylaş
Paylaş: