Rusiya Ukraynada nüvə silahı tətbiq edəcək?
- Şoyqu AÇIQLADI
Qarşıya qoyulmuş hədəflər çatmaq üçün hərbi baxımdan Ukraynada nüvə silahını tətbiq etməyə ehtiyac yoxdur. Globall.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. O, Rusiyanın nüvə yaxud kimyəvi silah tətbiq edəcəyi barədə yayılan xəbərləri təxribat adlandırıb. Sergey Şoyqu Ukraynada qənimət kimi ələ keçirilən Qərb istehsalı olan silahları öyrəndiklərini də əlavə edib.
Oxunub: 186
Xəbəri paylaş
Paylaş: