Ermənistanda matəm elan edildi
İrəvanda yerləşən "Surmalu" ticarət mərkəzində baş vermiş partlayışa görə Ermənistanda iki gün matəm elan olunub. Globall.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan qərar verib. Qərara əsasən 17-18 avqust tarixlərində Ermənistanda matəm olacaq. Qeyd edək ki, partlayış nəticəsində 16 nəfər ölüb, 62 nəfər isə yaralanıb.
Oxunub: 199
Xəbəri paylaş
Paylaş: