"Qarabağ"ın oyununa bu avtobuslarla gedə bilərsiniz
- SİYAHI
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi (BNA) UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) futbol klublarının ilk oyununa bilet alan azarkeşlərə müraciət ünvanlayıb. Globall.az-a qurumdan verilən məlumata görə, BNA azarkeşlərə tövsiyə edir ki, stadiona gedərkən şəxsi avtomobildən istifadə etməsinlər. Azarkeşlərin Tofiq Bəhramov adına Respublika Stadionuna ictimai nəqliyyatla daha rahat gediş-gəlişini təmin etmək üçün zəruri tədbirlər görülüb. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq. Oyunun keçiriləcəyi məkan istiqamətində hərəkət edən müntəzəm marşrut xətləri üzrə məlumatları təqdim edirik: