ABŞ-da son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 22 335 yoluxma qeydə alınıb, 1240 nəfər vəfat edib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Bildirilib ki, ABŞ-da ümumilikdə 1 180 634 nəfər koronavirusa yoluxub, onlardan 69 mini vəfat edib./apa