Patruşev ABŞ və Böyük Britaniyaya
XƏBƏRDARLIQ ETDİ
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ və Böyük Britaninayaya xəbərdarlıq edib. N.Patruçşev bildirib ki, “Vaşinqton, London və onların əlaltıları Zaporojye atom elektrik stansiyasında baş verə biləcək fəlakətə görə tam məsuliyyət daşıyacaqlar”. "Amerikalıların təklifi ilə ukraynalılar dayanmadan Zaporojye atom elektrik stansiyasının kritik infrastrukturuna zərbələr endirirlər. Əgər texnogen fəlakət baş verərsə, onun fəsadları dünyanın hər yerində hiss olunacaq. Eyni zamanda , Vaşinqton, London və onların əlaltıları buna görə tam məsuliyyət daşıyacaqlar”, - Patruşev cümə günü Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 17-ci illik toplantısında bildirib.
Zaporojye atom elektrik stansiyası Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Mart ayından Rusiya hərbçiləri AES ərazisinə nəzarəti ələ keçirib.
Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq nöqteyi-nəzərindən Rusiya hərbçilərinin elektrik stansiyasını mühafizə etməsinə haqq qazandırdığını vurğulayıb. (modern.az)