Cəlilabad bazarında yanğın söndürüldü
- VİDEO (YENİLƏNDİ)
Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bu barədə FHN xəbər verir. Əlavə məlumat veriləcək. Cəlilabad rayonu Göytəpə şəhər bazarında baş verən yanğın lokallaşdırılıb. Hazırda soyutma işləri aparılır. İlkin məlumata görə, yanğın nəticəsində 20-yə yaxın mağazaya ziyan dəyib. Ümumilikdə hadisə yerinə Cəlilabaddan 4, Masallıdan 2, Biləsuvardan 1 və Salyandan 1 yanğınsöndürən maşın cəlb edilib. Hazırda hadisənin səbəbləri və dəyən ziyanın məbləği araşdırılır. xxx Cəlilabadda Göytəpə şəhər bazarında yanğın olub. Bu barədə Globall.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.