SON DƏQİQƏ: Laçından acı xəbər gəldi - 2 hərbçimiz minaya düşdü
Laçında 2 hərbçimiz minaya düşüb. Bu barədə Globall.az-a Qubadlı Hərbi Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, 2 hərbçimizin Laçında minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır. Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır.
Oxunub: 197
Xəbəri paylaş
Paylaş: