Duqinanın maşını MƏSAFƏDƏN partladılıb - RƏSMİ
Rusiyalı müstəntiqlər hesab edir ki, Aleksandr Duqinin qızı Darya Duqinanın olduğu avtomobilə uzaqdan idarəolunan bomba yerləşdirilib.
Globall.az xəbər verir ki, bu barədə yerli KİV-lərə RF-nin hüquq-mühafizə orqanlarındakı etibarlı mənbədən məlumat verilib.
İstintaq müəyyən edib ki, Duqinanın avtomobilində partlayan bomba məsafədən işə salınıb. Ehtimal olunur ki, avtomobilə və onun hərəkətinə nəzarət edilib. Duqinanın getdiyi avtomobili gizli telefonları olan şəxslər tərəfindən izlənilib. İstintaq avtomobildəki partlayıcı qurğunun bu telefonlar vasitəsilə işə salındığı qənaətinə gəlib. (publika.az)
Oxunub: 164
Xəbəri paylaş
Paylaş: