Nensi Pelosinin əri məhkum edildi
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin əri Pol Pelosi sərxoş vəziyyətdə avtomobil idarə edərək qəza törətdiyinə görə məhkum edilib. Kaliforniya dairə məhkəməsi Pol Pelosinin zərərçəkənə 4900 dollar təzminat və məhkəmə xərcləri üçün 1723 dollar ödəməli olduğuna qərar verib. Həmçinin ona 5 sutka həbs cəzası verilib. lakin o, həbs olunmayacaq - məhkəmə Pola əvvəllər həbsdə keçirdiyi iki günü nəzərə alıb və yaxşı davranışına görə daha iki gün həbsi ləğv edib, qalan müddəti ictimai işlərlə dəyişdirib. Bundan əlavə, Pol Pelosi üç il sınaq müddətinə məhkum edilib. Qeyd edək ki, hadisə may ayında baş verib. 82 yaşlı Pelosinin idarə etdiyi “Toyota” markalı avtomobil “Jeep”lə toqquşub.