24 yaşlı qazi vəfat etdi
Qazi Şahid Şükürov dünyasını dəyişib. Global.az Unikal-a istinadən xəbər verir ki, Laçın rayonunun Qarakeçdi kənd sakini olan Vətən müharibəsi iştirakçısı, 1998-ci il təvəllüdlü Şükürov Şahid Manaf oğlu yaşadığı Ağcabədi rayonunda vəfat edib. Qeyd edək ki, o, Vətən müharibəsinə könüllü yollanıb və ayağından qəlpə yarası alıb. Ş.Şükürov ailəli idi. İki övladı var.
Oxunub: 241
Xəbəri paylaş
Paylaş: