Polis bu qızı AXTARIR
- FOTO
Bakının Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yaşayan 2003-cü il təvəllüdlü Əzimova Əfsanə Comərd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Daxili İşlər Nazirliyindən Globall.az-a verilən məlumata görə, evdən çıxanda onun əynində güllü köynək, göy rəngli cins şalvar və ayağında qara rəngli idman ayaqqabısı olub. Onun harada olması barədə məlumatı olan şəxslər varsa DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsi, eləcə də 3-cü Polis Şöbəsinə 0552152120, 0518414141, 0553060302, 0125907302 və 0124560302 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Oxunub: 194
Xəbəri paylaş
Paylaş: