Yoluxma göstəriciləri süni şəkildə azaldılır
- ÜST
Son bir həftə ərzində dünyada koronavirusdan ölüm halları 15 faiz azalıb. Globall.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) avqustun 24-də yayımlanan son həftəlik hesabatında bildirilir. Məlumata görə, ötən həftə 5,3 milyon yeni yoluxma və 14 mindən çox ölüm faktı qeydə alınıb. Bildirilib ki, Afrikada ölüm halları 183 faizdən çox artıb, Avropada bu göstərici 30 faizdən çox, Amerikada isə 15 faiz azalıb. Bununla belə, ÜST xəbərdarlıq edir ki, COVID-19-a yoluxma göstəriciləri süni şəkildə azaldılıb, çünki bir çox ölkə virusun monitorinqi üçün test yoxlamalarından və epidemioloji nəzarət protokollarından imtina edib. (modern.az)
Oxunub: 185
Xəbəri paylaş
Paylaş: