Bərdədə cinsi zorakılığa məruz qalan qızın anasından MÜRACİƏT - VİDEO
Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın cinsi zorakılığa məruz qalmasına görə anası günahkarların cəzalandırılmasını istəyir.
Globall.az oxu.az-a istinadən bildirir ki, o, bu barədə videomüraciət yayıb.
Ana qızına bu cür hərəkət edənlərin cəzasız qalmamasını istəyir:
"Hadisə olan zaman qızım hazırlıqdan gəlirdi. Mən özüm günü beş manata sahələrdə muzdlu işləyirəm ki, uşağımı böyüdüm. Mən uşaq böyütməmişəm ki, kimlərsə onu aparıb zorlasın. Xahiş edirəm ki, bu işdə günahkarlar öz cəzalarını alsınlar".
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-a bildirib ki, Bərdə rayonunda yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edən üç nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər yeniyetmə isə valideyn nəzarətinə verilib.
Bərdə rayon sakinləri yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq edənlərin Kətəlparaq kəndini tərk etmələrini tələb ediblər.
Oxunub: 325
Xəbəri paylaş
Paylaş: