Rusiya Xarkovun mərkəzinə zərbələr endirib, ölənlər var
Rusiya hərbi qüvvələri Ukraynanın Xarkov şəhərinin mərkəzi hissəsinə zərbələr endirib.
Globall.az APA-ya istinadən bildirir ki, bu barədə şəhərin meri İqor Terekov bildirib.
Onun sözlərinə görə, Rusiyanın zərbələri nəticəsində 5 mülki şəxs həlak olub, 7 nəfər yaralanıb.
Mer əlavə edib ki, raket zərbələri 5 mərtəbəli yaşayış binasının yaxınlığına, eyni zamanda məktəbəqədər təhsil müəssisələrindən birinə düşüb.
İqor Terexovun sözlərinə görə şəhərin mərkəzi də artilleriya atəşinə tutulub.
Oxunub: 147
Xəbəri paylaş
Paylaş: