İraqın Baş naziri istefaya gedir
İraqın Baş naziri Mustafa Əl-Kazimi istefa verə bilər. Globall.az xəbər verir ki, bu barədə o, özü mediaya açıqlamasında bildirib. Kazımi qeyd edib ki, ölkədə mürəkkəb siyasi vəziyyət davam edərsə, vəzifəsindən istefa verəcək. Baş nazir, həmçinin ölkədə baş verən iğtişaşlardan sonra kabinet iclaslarını növbəti xəbərdarlığa qədər dayandırıb. Qeyd edək ki, bir neçə gündür İraqda müxtəlif siyasi qruplar arasında qarşıdurma yaşanır. Polislə iğtişaşçılar arasında baş verən toqquşmalarda və siyasi qruplar arasındakı siyasi qarşıdurmada 20-dən artıq insan həlak olub. (modern.az)
Oxunub: 160
Xəbəri paylaş
Paylaş: