Sentyabrın ilk gününün
HAVA PROQNOZU
Sentyabr ayının ilk gününə proqnozlaşdırılan hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Globall.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 25-30 % təşkil edəcək. Sentyabrın 1-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 35-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.
Oxunub: 125
Xəbəri paylaş
Paylaş: