Rusiya məktəblərində telefon
QADAĞASI
Rusiya məktəblərində dərs zamanı mobil telefonlardan istifadə qadağan edilib. Globall.az xəbər verir ki, bu barədə Rusiyanın maarif naziri Sergey Kravtsov bildirib. Onun sözlərinə görə, bu ildən şagirdlərin dərsdə mobil telefonlardan istifadəsi qadağandır. Nazir telefon qadağasını şagirdlərin dərsdən yayınmaması və sağlamlıqlarının mühafizəsi ilə əlaqələndirib. Kravtsov vurğulayıb ki, valideynlər övladları ilə tənəffüs vaxtı əlaqə saxlaya bilərlər.
Oxunub: 182
Xəbəri paylaş
Paylaş: