Xankəndidə tutulan generalın həbsinə
QƏRAR VERİLDİ
Qarabağdakı separatçı qüvvələrin rəhbərinin “baş müşaviri”, keçmiş “müdafiə naziri” Mikayel Arzumanyanın həbsinə qərar verilib. Globall.az xəbər verir ki, bu barədə erməni generalın vəkili Yerem Sarkisyan bildirib. Qeyd edək ki, Arzumanyan iki gün əvvəl Xankəndi yolunda saxlanılıb. Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, keçmiş “müdafiə naziri” hərbi xidmətdə yol verdiyi səhlənkarlığa görə tutulub. Komitənin yaydığı məlumatda qeyd olunub ki, Arzumanyan hərbi vəziyyət dövründə Şuşa şəhərinin və ətraf rayonların "müdafiəsinin" təşkili zamanı öz xidməti "vəzifəsinə" səhlənkar yanaşıb və "vəzifələrini" lazımınca yerinə yetirməyib. (modern.az)
Oxunub: 153
Xəbəri paylaş
Paylaş: