Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • АРМЯНСКИЙ ТЕРРОР В ГАЗЕТНЫХ АРХИВАХ США - 1
  • aрмения и Азербайджан на древних, средневековых и поздних картах
  • Ф.Экозъянц - Фактически и официально КАРАБАХ принадлежит Азербайджану
  • Зарубежный археолог: АРМЯНЕ ПОДДЕЛЫВАЮТ НАДГРОБНЫЕ КАМНИ
  • Почему в Армении кроме церквей нет армянских исторических памятников?
  • KARİB HÖVZƏSİ: Türk toponimləri, açılmayan sirlər və ehtimallar

    • Tarix: 6-05-2020, 22:41



    Atlantik okeanının o tayında, uzaq Karib hövzəsində dilimizə aid toponimlərin mövcudluğu nə ilə bağlıdır?

    Karonavirus pandemiyası insanları karantin rejimində yaşamağa və işləməyə məcbur etdi. Amma bu məcburi evdəqalma bəzilərinin, məsələn, iş yerində heç də normal şəraiti olmayan yaradıcı insanların məncə, müəyyən qədər işinə yaradı. Hər halda, nə işlə məşğul olmasından asılı olmayaraq, hər bir arzuolunmaz vəziyyətdən az zərərlə çıxmaqda, ondan maksimum bəhrələnməkdə fayda var. Keçək mətləbə.

    Karonavirus pandemiyasının yayılmasına dair bir araşdırma yazısı üzərində işləyərkən, internetdə ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) hər gün onlayn rejimdə yayımlanan siyahısında bir ökənin qəribə adı diqqətimi çəkdi. Ruscası - Теркс и Кайкос; ingiliscəsi isə - Turks and Caicos kimi yazılan bu ölkənin, əcəba, “türk” kəlməsi ilə nə əlaqəsi ola bilər?” - deyə özümə sual etdim və aydınlaşdırmağa qərar verdim. 
    Azərbaycan, rus, ingilis və ispan dillərindəki internet resuslarını araşdırdım və həqiqətən, bu ölkə adının “türk” sözü ilə müəyyən qədər bağlı olduğunu öyrəndim. 



    Nə imiş bu bağlılq? – Sən demə, toponimin (coğrafi adın) tərkibindəki “Turks” sözü ingiliscə “Turk's cap cactus” (Melocactus İntortus) sözünün qısaldılmış formasıdır ki, bu da “türk papaqlı kaktus” deməkdir. Kaktus, türk kişi baş geyimi olan fəsin şərəfinə, bu ada layiq görülmüşdür. Qarpızkimilər cinsinə aid bu qəribə görkəmli kaktus növünün çiçəkləyən qırmızı rəngli təpə hissəsi fəsə oxşadığı üçün ona belə ad vermişlər, hətta ölkənin bayrağında və gerbində də onun təsvirii əks olunmuşdur. 



    Məlumdur ki, Osmanlı dönəmində Türkiyədə, eləcə də Osmanlı İmperiyasının təsiri altında olan ölkələrdə ziyalılar, məmurlar, hərbçilər və s. fəs adlanan və o zaman dəbdə olan kəsik konusa oxşar, qırmızı, bəzən də yaşıl və qara rəngli, qotazlı papaq qoyardılar. 1925-ci ildə Atatürk Türkiyədə onun istifadəsinə qadağa qoysa da bir sıra Şimali Afrika ölkələrində (Misir, Tunis və s.) uzun müddət ondan istifadə edilirdi.

    Bəhsedilən adalar “Turk's cap cactus” bitkisininn çox yayıldığı yer hesab olunduğundan həmin adalar qrupu ingiliscə “Turks İslands”, yəni “Türk adaları”, onların ən böyüyü isə - “Grand Turk”, yəni “Böyük Türk” adlanır və ölkənin paytaxtı Cockbern-Taun (Kobern-Taun) şəhəri də məhz bu adada yerləşir. Rəsmi olaraq ölkə, qonşu Kaykos adalar qrupu ilə birlikdə, ingiliscə Turks and Caicos İslands, yəni, Türks və Kaykos Adaları adlanır. “Kaykos” sözü lukayana adlı hindu tayfasının dilində mənası “zəncirvari qayalı adalar” olan “caya hico” ifadəsinin qısa formasıdır.



    Karib hövzəsində yerləşən və öz bayrağına, himninə və gerbinə malik olan Türks və Kaykos adaları Böyük Britaniyanın dənizarxası ərazisidir. Adalar 1512 ildə ispanyalı Xuan Pones del Leon tərəfindən kəşf edilmiş, lakin 1766-cı ildə rəsmi olaraq İngiltərənin koloniyasına çevrilmişdir. Londonla bağlanmış müqaviləyə görə 1982-ci ildə bu ada dövlətinə müstəqillk verilməli idi, lakin sonrakı yerli hakimiyyət bundan könüllü imtina etmişdir. 



    Adada ali hakimiyyət kraliça II Yelizavetaya məxsusdur, bu səbəbdən beynəlxalq və müdafiə məsələləri Britaniyanın səlahiyyətindədir. Ərazinin daxili idarəçiliyini isə baş nazir və 6 nazirdən ibarət İcra Şurası və ona rəhbərlik edən qubernator həyata keçirir.

    Maraqlı məlumatlardır, amma bunlar ölkənin mənşəyinə dair rəsmi izahlar, versiyalardır. Digər tərfədən, məsələ göründüyü qədər də aydın deyil, başqa ehtimallar, açılmamış sirli məqamlar da var. Yuxarıda deyilənlər, Atlantik okeanında türk mövcudluğunu heç bir halda qəbul etməyən avropalılara, xristian dünyası xalqlarına məxsus versiyalardır. Bəs, digərləri, məsələn türk mənbələri nə deyir?...

    2006-cı ildə Türkiyənin “Yeniçağ” qəzetində “Karayiplerin en iyi korunan sırrı: Türk Adaları!” adlı bir yazı dərc olundu. Yazıda qəzetin yazarı Arslan Bulut “Türk Adaları”na səyahətindən, orada gördüklərindən və sonradan öyrəndiyi bəzi tarixi məlumatlardan bəhs edir.

    O, 1989-cu ildə Amerikanın Mayami şəhərində olarkən “Türk Adaları”na dair yerli məlumatlar toplusunda adaları xarekterizə edən belə bir ifadəyə -“Karayiplerin en iyi korunan sırrı”-narast gəlmiş və bu sirri öyrənmək üçün bir yapon həmkarı ilə dərhal ora uçmuşdur. Amma deyildiyindən fərqli olaraq, ada ərazisində “Türkün papağı” kaktusunu axtarsa da tapa bilməmiş, onu yalnız otelin həyətində dibçəkdə görmüşdür. 
    Otelin bir işçisinə - sən heç türk görübsənmi?- sualı vermiş, o isə cavabında “ömrümdə ilk dəfədir ki, türk görürəm” demişdir. A.Bulut həmçinin, yerli əhalinin təxminən 200 il əvvəl həmin adalara türk gəmilərinin gəldiyi barədə rəvayətlər danşdığını öyrənmiş, lakin adanın türklərlə birbaşa əlaqəsi haqda tutarlı bilgi əldə edə bilməmiş, sirlər açılmamışdır.

    Üstündən illər keçmiş, jurnalistin dostu, tarixçi alim Cezmi Yurtsevər bu məsələləri araşdırmış və belə bir iddia ortaya qoymuşdu: “Türklər hələ Kolumbdan öncə Amerika qitəsini kəşf etmiş və hətta, ay-ulduzlu bayrağı olan kişik bir dövlət qurmuşdular”. C.Yurtsevər “Grand Turk” adının da XVI əsrdə dünya hökmdarı sayılan Qanuni Sultan Süleymanın şərəfinə verildiyini, 1869-cu ildə buranı işğal etmiş ingilislərin düzəltikləri əvvəlki bayraqda böyük xaçın içində Türk bayrağının ay və üç ulduzunun əks olunduğunu bildirmişdi. Cəsarətli iddiadır, amma təbii ki, deyilənlərin nə dərəcədə gerçək olduğunu demək çətin olsa da, bu istiqamətdə ciddi araşdırmalar aparılmalıdır.
    İngilis, ispan və rusdilli saytlar bu adaların tarıxindən yazarkən onun adının mənşəyindən ustalıqla yan keçirlər. Amma çox maraqlıdır ki, Adalara məxsus ingilisdilli saytda (“Planet Turks and Caicos”) “What are the origins of the name Grand Turk?” (“Qrand Turk adının mənası nədir?”) başlıqlı bir yazı öz obyektivliyi ilə diqqətimi çəkdi. 



    Yazı müəllifi Grand Turk adının kaktusla əlaqəsinə şübhə ilə yanaşdığı və daha çox piratlarla (dəniz quldurları ilə) əlaqədar olduğuna üstünlük verir və 16-17-ci əsrlərdə Aralıq dənizi regionunda dəniz quldurlarının tüğyan etdiyini, sonralar isə onların Cəbəllütariq boğazından çıxaraq Atlantik okeanının qərb tərəflərinə, Karib hövzəsi adalarına doğru irəlilədiklərini yazır, burada isə quldurların əsas bazasının Grand Turk adası olduğu bildirilir. O zamanlar Aralıq dənizində və Şimali Afrika torpaqlarında Osmanlı İmperatorluğu hakim idi və milliyətindən asılı olmayaraq bütün əhali, o cümlədən dəniz quldurları türk kimi tanınırdı. Yazıya, 1725-ci ildə tərtib edilmiş , fransız dilində olan “Santo Dominqo adasının xəritəsi” də (indiki Haiti adası) əlavə edilmişdir ki, orada sözügedən adalar “Türk adaları” kimi verilmişdir.

    2009-2017-ci illərdə türk saytlarında yer almış “Atlantik okeanında bir Türk ölkəsi” adlı eyni məzmunlu yazılarda məsəlini daha dərindən araşdırmağa cəhd edən müəllif “Türk Adaları” adının ilk tarixi sənəd kimi Koronelli (Coronelli) adlı bir italyan kartoqrafının 1688-ci ildə fransızca tərtib etdiyi xəritədə qeyd edildiyini bildirir. Əsli Fransanın Milli Kitabxanasında saxlanılan həmin xəritədə sözügedən adalar “Ide Caiquos, Caiquos and I. Turche” kimi yazılıbdır. Orada heç bir “türk papaqlı” kaktusun adı çəkilmir və ümumiyyətlə, Osmanlı Türkiyəsinin ərazisində fəs təxminən 19-cu əsrin başlanğıcından etibarən kişi baş geyimi kimi istifadə edilməyə başlanılmışdır. Bu səbəbdən adanın adının fəslə heç bir əlaqəsi olmadığı bildirilir.

    Müəllif digər bir mühüm məsələyə də diqqət yetirərək yazır ki, adaları ələ keçirən ingilislər onun adını dəyişdirmək istəmiş, xalq isə yüzillərdir ki, öyrəşdikləri addan imtina etməmişdir. Belədə, Adalar və türklər ilə bağlılığı kəsmək üçün “fəs bənzərliyi” məsələsi uydurulmuş və 1869-c ildə Turks və Caicos Adalarının əvvəlki “Ay-Uldızlu” bayrağını dəyişdirməyə nail olmuşlar.

    Müəllifin yazısında, həmçinin qeyd edilir ki, XVI əsrin əvvəllərində ilk dəfə dünya xəritəsini çəkmiş məşhur Osmanlı dənizçisi, kapitanı, kartoqrafı, admiral Piri Rəisin xəritlərində Adaların yerində qayıq rəsmi qeyd edilmişdir və bu da Kaykos (Caiquos) adalarının adının lukayanca deyil, türkcə “kayık”, yəni “qayıq” anlamına gəldiyi bildirilir. Bu fikri Kuba Respublikasının Ankaradakı səfiri E.G.Abascal da təsdiqləmiş və mövzu ilə ilgili başqa maraqlı açıqlamalar vermişdi. O, XX əsrin əvvəllərində Ənvər Paşa tərəfindən Türk Adaları məsələsinin araşdırılması üçün Kubaya xüsusi təyinatlı bir qrup göndərildiyini və qrupun hazırladığı hesabatın mövcud olduğunu bildirsə də orada nə yazıldığını açıqlamamışdı.

    Göründüyü kimi, Türks və Kaykos adaları kimi tanınan bu kiçik ölkə adı kimi maraqlı və eyni zamanda sirlərlə dolu, müəmmalı tarixə malikdir. Həqiqət haradadır? – dəqiq bilinmir. Ehtimallar, yozumlar çoxdur, hansının gerçək olduğunu zaman göstərəcək.
    Türks və Kaykos adaları haqqında bəs daha nələri bilmək maraqlı olar? Bu ölkə Atlantik okeanının qərbində, Kuba və Baham adalarının yaxınlığında yerləşir, onun 7 böyük və 30-dan artıq kiçik adalardan ibarət sahəsi təxminən 444 kv.km., əhalisi isə 50 minə yaxındır. Əhalinin 90%-i zəncilərdən, qalanları isə ağlar (ingilislər, amerkalılar) və mulatlardan ibarətdir, rəsmi dil ingilis dilidir.

    Ölkənin iqtisadiyyatnın əsasını turizm, ofşor maliyyə biznesi və balıqçılıq təşkil edir və xaricə dəniz məhsulları ixrac edilir. Grace Bay çimərliyi dünyanın ən yaxşı çimərliklərindən hesab olunur. Mərcan rifləri ilə əhatələnmiş adalar əhəngdaşından ibarətdir, səthi əsasən düzənlikdir, çoxlu duzlu bataqlıqlar mövcuddur və ən hündür yeri dəniz səviyyəsindən 49 m yüksəkdədir. Tropik və küləkli iqlimə malikdir, tez-tez qasırğalar olur, ilboyu teperatur 20-30⁰C arasında dəyişir və ildə 700-800 mm yağıntı düşür. Adalarda ölkənin dünya ilə əlaqəsini təmin edən bir neçə hava limanı fəaliyyət göstərir.

    Mövzu ilə əlaqədar Atlantik okeanının bu tərəflərində hələ illər öncə SSRİ-nin texniki yardımı çərçivəsində Kuba Respublikasında işləyərkən rast gəldiyim daha bir maraqlı faktı nəzərinizə çatdırmaq istərdim. Kuba adasında ən hündür zirvənin (1972 m) niyə Turkino adlanması diqqətimi çəkmişdi. 



    Araşdırdım. Belə izah edilir ki, yamacları yam-yaşıl, sıx tropik meşələrlə örtülü olan Syerra-Mayestra dağ silsiləsinin bu ən yüksək zirvəsi günün müəyyən vaxtlarında firuzəyi-mavi rəngə çalır və bu səbəbdən ispanlar onu Turkino adlandırmışlar. Və məlum oldu ki, doğrudan da, “turkino” sözünün mənşəyində “türk”, “Türkiyə” sözləri ilə bağlılıq mövcuddur. 

    Belə ki, ispan dilində firuzə daşına “turkeza”, bu zərgərlik daşının malik olduğu spesifik, açıq mavi – firuzəyi rəngə isə “turkino” deyilir. Orta əsrlərdə firuzə daşı Şərq ölkələrində və Avropada dəbdə idi və çox qiymətli hesab olunurdu. Bu daşa onun vətəni olan İran və Əfqanıstanda “qalibiyyət daşı” deyilir və indi də həmin ölkələrdə əhalinin ən sevimli bəzək daşı sayılır. Firuzə daşı İpək yolu boynca şərqdən qərbə Osmanlı Türkiyəsi, onun möhtəşəm paytaxtı İstanbul vasitəsilə daşınırdı və bütün Avropa onu “turkeza” və ya “türkino”, yəni “türk daşı” kimi tanıyırdı.



    Əslində, zirvə adının belə qeyri-müəyyən izahı o zamanlar heç məni qane etməmişdi. Karib hövzəsində türk mövcudluğuna dair son məlumatlara əsaslanaraq, mövzu yenidən araşdırılarsa, qalın toz qatı ilə örtülmüş sirlərin üstünün açılacağına və həqiqətlərin üzə çıxacağına şübhə etmirəm.

    Bəli, istənilən halda, Atlantik okeanının o tayında, uzaq Karib hövzəsində dilimizə aid toponimlərin mövcudluğu məni çox qürurlandırdı. Hər bir ərazinin toponimləri (coğrafi adları) o yerin tarixi haqqında sanki şifrələnmiş informasiya toplusudur, onların mənşəyinin doğru-düzgün araşdırılması həmin ərazi və orada iz qoymuş xalqların keçmişinə dair dəyərli məlumatlar əldə etməyə imkan verir. Mən də “karonavirus tətilləri”ndə bu sahədə apardığım araşdırmalardan əldə etdiyim bəzi maraqlı məlumatları sizinlə bölüşmək istədim.


    Rəşid Fətəliyev
    AMEA, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, dosent

    Oxunub: 820
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.