Ukraynanı dəstəkləyən Qalkin və Meladzenin konsertləri ləğv olundu
“Time Machine” qrupunun üzvü, komediya ustası Maksim Qalkin və müğənni Valeri Meladzenin Tbilisidə konsertləri ləğv edilib. Rəsmi açıqlamada konsertin keçirilməsi planlaşdırılan tarixlərdə İdman Sarayında təmir işləri aparıldığından tədbirlərin baş tuta bilməyəcəyi bildirilib. Globall.az xəbər verir ki, bu barədə yerli "Telegram" kanalı "NewsGeorgia" məlumat yayıb. "Konsertlərin tamamilə ləğv edildiyi və ya başqa yerə köçürüldüyü və artıq bilet alanların taleyinin necə olacağı hələ aydın deyil. Eyni zamanda, biletlər hələ də açıq onlayn satışdadır", - mesajda deyilir. Qeyd edək ki, sentyabrın 2-də Qordon və Makareviç Rusiyada “xarici agent” adlandırılıb. Onlardan başqa rusiyalı jurnalist Yekaterina Qordeeva, rusiyalı müxalifət lideri Aleksey Navalnının müttəfiqi İvan Jdanov, politoloq Fyodor Kraşeninnikov və biznesmen Boris Zimin də “xarici agent” kimi tanınıb. Xatırladaq ki, 2022-ci ilin yayında Makareviç və Qalkin Belarusda dövlət çevrilişinə sponsorluq etməkdə ittiham olunublar. (modern.az)