Bakıda bu marşrut xətti bağlanır
Sentyabrın 5-dən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə (NMM) Mərdəkan çimərliyini (Şüvəlan – Buzovna yolu) əlaqələndirən M10 nömrəli mövsümi marşrut xəttinin fəaliyyəti dayandırılacaq. Globall.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Agentliyin müvafiq tapşırığına əsasən bu xətt üzrə istismarda olan avtobuslar “BakuBus” MMC-yə həvalə edilən digər xətlər üzrə sərnişindaşımaya cəlb ediləcək.
Oxunub: 192
Xəbəri paylaş
Paylaş: