Ukrayna ordusu əks-hücum əməliyyatına başlayıb
- Zelenski
“Ukrayna dəstələri təkcə Xerson bölgəsindəki hücuma diqqət yetirmirlər. Müdafiəçilərin əks-hücum hərəkətləri üçün bir çox yolu var”. Globall.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABC NEWS telekanalına müsahibəsində deyib. Jurnalist Zelenskidən Ukrayna hərbçilərinin niyə Xerson vilayətində əks-hücum əməliyyatına başlamaq qərarına gəldiyini soruşub. “Mən demirəm ki, əks-hücum yalnız Xersona qarşıdır. İstiqamət və ya istiqamətlər var və biz irəliləməliyik” - Zelenski deyib. Eyni zamanda, Zelenski qeyd edib ki, hərbi əməliyyatın təfərrüatları barədə danışa bilməz: “Mən istəyirəm ki, düşmən bizdən sürprizlər alsın”. Zelenski qeyd edib ki, çox çətin müharibə gedir, lakin o, Ukraynanın öz ərazilərini geri qaytaracağına əmindir.