Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı
Böyük Britaniyanın yeni seçilmiş Baş naziri Liz Trass vəzifəsinin icrasına başlayıb. Globall.az xəbər verir ki, Şotlandiyanın Balmoral qəsrində 47 yaşlı siyasətçinin kraliça II Elizabetlə audensiyasının fotosu yayılıb. Fotonu Bukingem sarayı paylaşıb. Ənənəyə görə, monarx seçilmiş Baş nazirlə görüşdə ona hökuməti qurmağı tapşırır. Bundan əvvəl 96 yaşlı kraliça üç ildən bir qədər çox bu vəzifədə çalışan Boris Consonun istefasını qəbul edib. II Elizabetin B.Consonla görüşü təxminən 40 dəqiqə çəkib. Görüşə sabiq hökumət başçısının həyat yoldaşı Kerri də qatılıb. (report)
Oxunub: 193
Xəbəri paylaş
Paylaş: