Bu ilin ən gənc tələbəsi odur
Bu il Azərbaycanda tələbə adını qazanan ən gənc abituriyentin 15 yaşı var. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə deyib. O bildirib ki, ən gənc tələbə 17 mart 2007-ci ildə anadan olan Əsmər Məmmədovadır. “Əsmər Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya müəllimliyi ixtisasına qəbul olub”, - deyə qurum rəsmisi qeyd edib.
Oxunub: 126
Xəbəri paylaş
Paylaş: