Siciliya mafiyasının 85 yaşlı lideri azadlığa çıxır -
Ölkə çalxalanır
Hazırda ölkədə mart ayında koronavirus riski səbəbindən həbsxanalardan çıxarılan 376 mafiya üzvü və narkotacir ev həbsindədir. .
Ölkənin Ədliyyə naziri Alfonso Bonafede parlament qarşısında çıxışı zamanı deyib ki, mafiya ilə mübarizədə qərarlılıq sürür. O, əlavə edib ki, hökumət sağlıq durumu pisləşən mafiya liderlərinin həbsxanadan çıxarılmasını nəzərdə tutan dəyişiklik üzərində işləyir.
Qeyd edilir ki, həbsxanadan çıxarılaraq ev həbsinə alınan mafiya liderləri arasında Siciliyanın hakim mafiya şəbəkəsi “Kosa Notra”nın keçmiş liderlərindən olan 85 yaşlı Franko Kataldo da var. Kataldo 1996-cı ildə mafiya daxilində yerləşən casus Santinonu qaçırıb boğmaqda ittiham edilib.
Siciliya mafiyasının 1992-ci ildə bombalı sui-qəsd nəticəsində öldürdüyü prokuror Covanni Falkonenin qardaşı Maria Falkone hökumətin son addımını biabırçılıq adlandırıb.