Dünyanın həyat səviyyəsi ən yaxşı olan ölkələri
- SİYAHI
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən tərtib edilən İnsan İnkişafı İndeksinə əsasən, 2021-ci ildə dünyanın hər on ölkəsindən doqquzunda həyat səviyyəsi pisləşib. Globall.az xəbər verir ki, yeni reytinqə əsasən, İsveçrə 2021-ci ildə 0,962 balla dünyanın ən inkişaf etmiş ölkəsi olub İkinci və üçüncü sıralarda Norveç (0,961) və İslandiya (0,959) qərarlaşıb. Almaniya 2015-ci ildən bəri 5 pillə geriləyərək 0,942 balla 9-cu yerə düşüb. 1990-cı ildə indeksin ilk reytinqinə başçılıq edən ABŞ indi yalnız 21-ci yerdədir (0,921). Rusiya (0,822) siyahıda 52-ci, Ukrayna (0,773) isə 77-ci yerdədir. Gürcüstan 63-cü, Türkiyə və İran müvafiq olaraq 48-ci və 76-cı, Azərbaycan 91-ci yerdədir. (modern.az)
Oxunub: 239
Xəbəri paylaş
Paylaş: