Təhsil xidmətləri də ASANlaşır
Sentyabrın 9-dan etibarən 2 saylı Gəncə Regional ASAN xidmət mərkəzində vətəndaşlara təhsil xidmətləri göstəriləcək. Globall.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Qurum rəsmisi deyib ki, bu ilin sonuna qədər bütün elektron təhsil xidmətlərini portal.edu.az platforması üzərində cəmləşdirmək niyyətindədirlər.
Oxunub: 227
Xəbəri paylaş
Paylaş: