Silahlı kürdlər hücuma keçdi -
Tehran PKK-ya "yaşıl işıq" yandırır
Silahlı şəxslərin Piranşəhrdə saxlanıldığı bildirilib.
16 nəfərdən ibarət olan dəstə üzvləri saxlanılan zaman onlardan çoxlu sayda avtomat, güllələr və partlayıcı vasitələr aşkar edilərək götürülüb.
Xatırladaq ki, 2 gün əvvəl həmin dəstələrlə atışma nəticəsində SEPAH-ın 3 hərbçisi həlak olmuşdu. Ölənlərdən biri polkovnikdir.
Güney Azərbaycandan olan milli fəallar İran hakimiyyətini PKK terror təşkilatının bu ölkədəki qanadı sayılan PJAK-ın Güney Azərbaycan bölgələrindəki fəaliyyətinə göz yummaqda ittiham edirlər. Silahlı kürd qruplaşmalarının Güneydəki fəaliyyətinə “yaşıl işıq” yandıran Tehranın bu kimi addımları milli fəallar tərəfindən “gözdən pərdə asmaq” kimi dəyərləndirilir.