Bakıda yaşayış binası YANIR
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Adil Məmmədov küçəsində doqquzmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. Bu barədə Globall.az -a FHN-dən məlumat verilib. Bildirilib ki, hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Oxunub: 116
Xəbəri paylaş
Paylaş: