Qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Abşeronda qətl törətməkdə təqsirləndirilən Zamir Ağaliyevin cinayət işi üzrə məhkəməsi başlayır. Globall.az xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Hafiz Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, hadisə bu ilin aprelində Abşeron rayonu, Qobu qəsəbəsində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Z.Ağaliyev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 1963-cü il təvəllüdlü Gülağa Əliyevi bıçaqlayaraq qətlə yetirib. Daha sonra Z.Ağaliyev saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxunub: 201
Xəbəri paylaş
Paylaş: