Qazaxıstanda paytaxtın adı yenidən dəyişdi
Qazaxıstanın paytaxtı yenidən Astana adlandırılıb.
Globall.az xəbər verir ki, Qazaxıstan parlamentinin iclası keçirilib və “Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsi” haqqında Qanun layihəhi yekdilliklə qəbul olunub.
Dəyişikliyə paytaxt Nur-Sultanın adının Astana olaraq dəyişdirilməsi, həmçinin, prezidentlik müddətinin yeddi illik olması ilə bağlı məsələlər daxildir.
Qazaxıstanın ədliyyə naziri Kanat Musin bildirib ki, paytaxtın adının dəyişdirilməsi məsələsi uzun müddətdir cəmiyyətdə müzakirə olunurdu və bu təklif ictimai rəy nəzərə alınaraq, qanun layihəsinə daxil edilib.
Qeyd edək ki, keçmiş prezident və Elbaşı Nursultan Nazarbayevin dövründə paytaxt Astananın adı Nur-Sultan olaraq dəyişdirilmişdi.
Oxunub: 183
Xəbəri paylaş
Paylaş: