Bakıda evdən külli miqdarda pul oğurlandı
Bakıda evdən 11 000 manat və 4600 dollar oğurlanıb. Bu barədə Globall.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisindəki mənzillərin birindən 11 000 manat və 4 600 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini F.Mehdiyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oxunub: 146
Xəbəri paylaş
Paylaş: