Daha 5 gəmi Ukraynadan yola düşdü
Ukrayna limanlarından taxıl daşıyan daha beş gəmi yola düşüb. Globall.az xəbər verir ki, bu barәdә Türkiyənin Milli Müdafiә Nazirliyi məlumat yayıb. Qardaş ölkənin Milli Müdafiә Nazirliyindәn verilәn bәyanatda bu ifadәlәr yer alıb: "Ukraynadan taxıl daşıyan beş gәmi dә yola düşüb’’. Xatırladaq ki, iyulun 22-də İstanbulda Ukrayna limanlarında gözləyən taxılın daşınmasına dair Saziş imzalanıb. Sənədin imzalanması mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreş, Rusiya və Ukrayna nümayəndə heyətləri iştirak ediblәr.
Oxunub: 175
Xəbəri paylaş
Paylaş: