Devid Bekhem Kraliça ilə vidalaşmaq üçün növbə gözləyir
Futbol üzrə İngiltərə milli komandasının keçmiş kapitanı Devid Bekhem Kraliça II Elizabetlə vidalaşmaq uçun növbədə dayananlar arasındadır. Bekhem kraliçanın tabutunun yerləşdiyi Vestminster sarayına daxil olmaq üçün 12 saatdır növbədə gözləyir. Futbolçu jurnalistlərə II Elizabetlə vidalaşmaq üçün 12 saat növbədə dayandığını bildirib. O, Böyük Britaniyanın “xüsusi” kraliçasına baş əyməyə gəldiyini qeyd edib. Bekhemin sözlərinə görə, II Elizabetlə bağlı ən yaddaqalan məqam ona Britaniya İmperiyasının ordeninin təqdim edilməsi olub: "Həyatımda Əlahəzrətin yanında olduğum bir çox məqamlar yaşadım və mən bunun üçün çox şanslıyam. Bugün kədərli gündür, lakin yaddaşa həkk ediləcək bir gündür".
Oxunub: 161
Xəbəri paylaş
Paylaş: