Bu ölkədə koronavirusa yoluxma kəskin azaldı
Qazaxıstanda koronavirusa yoluxma halları azalmaqda davam edir.
Globall.az xəbər verir ki, Qazaxıstan Respublikasında son sutka ərzində koronavirusa yeni yoluxanların sayı cəmi 146 nəfər olub.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, infeksiyaya yoluxma halları gündən-günə aşağı düşməkdədir. Bir gün əvvəl bu göstərici 150 idisə, son sutkanın göstəcisinə görə, 4 azalma qeydə alınıb.
Qeyd edək ki, 2020-ci ilin martından bu günədək bu ölkədə 1 392 405 koronavirusa yoluxma faktı olub.
Oxunub: 155
Xəbəri paylaş
Paylaş: