Vətən müharibəsi qazisi vəfat etdi
Vətən müharibəsi qazisi Elnur Səmədov dünyasını dəyişib. Globall.az xəbər verir ki, bu barədə Oxu.az-a onun yaxınları məlumat veriblər. Bildirilib ki, doqquz aydır leykozdan əziyyət çəkən Elnur Səmədov dünən gecə saatlarında vəfat edib. Bu diaqnoz qaziyə 2022-ci ilin yanvar ayında qoyulmuşdu. Qeyd edək ki, Səmədov Elnur Qalib oğlu 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.
Oxunub: 181
Xəbəri paylaş
Paylaş: