Daha bir ukraynalı müğənninin Bakıda konserti
LƏĞV EDİLDİ
Ukraynanın xalq artisti, “Avroviziya-2006”nın iştirakçısı Tina Karolun Bakıda planlaşdırılan konserti ləğv edilib. Globall.az xəbər verir ki, bu haqda iticket.az saytında məlumat verilib: "Təcavüzkar rejimi dəstəkləyən sənətçilərə Azərbaycan səhnəsində yer yoxdur". İfaçı noyabrın 25-də Bakıda gecə klublarının birində səhnəyə çıxacaqdı. Qeyd edək ki, yaxın günlərdə Ermənistanı dəstəkləyən ukraynalı müğənni Maks Barskixin də ölkəmizdə konserti ləğv edilmişdi.
Oxunub: 206
Xəbəri paylaş
Paylaş: