Məşhur aparıcı həyat yoldaşından
BOŞANIB?
Tanınmış aparıcı və aktrisa Zümrüd Qasımova həyat yoldaşı ilə ayrılıb. Globall.az Manset.az-a istinadən xəbər verir ki, tərəflər Zeynalova Zümrüd Bəxtiyar qızı və Zeynalov Nazim Zakir oğlu boşanmaq üçün ədliyyə orqanlarına ərizə ilə müraciət ediblər. Tərəflərin qarşılıqlı razılığı ilə onların birgə nikahına 5 saylı Bakı “Asan Xidmət” mərkəzində son qoyulub. Onlara nikahın pozulması haqqında şəhadətnamə təqdim olunub. Qeyd edək ki, Z.Qasımovanın keçmiş həyat yoldaşı N.Zeynalov hüquq mühafizə orqanlarında yüksək vəzifədə çalışır. *** Zümrüd Qasımova “Qafqazinfo”ya açıqlamasında həyat yoldaşını çox sevdiyini deyib: “Həyat yoldaşımla bir yerdəyik. Mən çox xoşbəxtəm. Onu çox sevirəm. Qalan şeylər boş şeylərdir”.
Oxunub: 199
Xəbəri paylaş
Paylaş: