Ceyhun Bayramovun iştirakı ilə ABŞ-da üçtərəfli görüş olacaq -
BU GÜN
ABŞ-ın Nyu-York şəhərində Azərbaycan, Ermənistan və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Ceyhun Bayramov, Ararat Mirzoyan və Entoni Blinken arasında üçtərəfli görüş baş tutacaq. Globall.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşün təşəbbüskarı Amerika tərəfidir. Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli seqmentində iştirak edirlər.
Oxunub: 137
Xəbəri paylaş
Paylaş: