DİQQƏT: Bu yollarda tıxac var
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Globall.az -a Mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
- Heydər Əliyev prospekti - Kənar yol, mərkəz istiqamətində;
- Heydər Əliyev prospekti - Əsas yol, mərkəz istiqamətində;
- Ziya Bünyadov prospekti - Olimpiya stadionunun qarşısından “20 Yanvar” metrostansiyası istiqamətində;
- Ziya Bünyadov prospekti - Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
- Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti istiqamətində;
- Əbdülvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində;
- Bakı-Sumqayıt şosesi - “20 Yanvar” metrostansiyası istiqamətində;
- Binəqədi şosesi - “Azadlıq prospekti” metrostansiyası istiqamətində;
- Tiflis prospekti - “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
- Koroğlu Rəhimov küçəsi - Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
- 28 May küçəsi - Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Zərifə Əliyeva küçəsində;
- Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində;
- Rəşid Behbudov küçəsi - Mərkəzi Bank istiqamətində;
- Dilarə Əliyeva küçəsi - Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Neftçilər prospekti - “Azneft” dairəsi istiqamətində;
- Niyazi küçəsi - “Azneft” dairəsi istiqamətində;
- Babək prospekti - Mərkəz istiqamətində;
- Aeroport şosesi - “Koroğlu” metrostansiyası istiqamətində;
- "20 Yanvar" dairəsində.